BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ
BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

 

"Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2017-ci ildə Almaniyada "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədi ilə

 

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşünün genişlənməsinə şərait yaratmaqdır.
İxtisasartırma kurslarının aşağıdakı mövzularda və müddətlərdə keçirilməsi nəzərdə tutulur:
1. İqtisadi kooperasiya (bütün sahələr üzrə).
Proqramın müddəti 2017-ci ilin may-iyun aylarıdır.
Proqramın dili ingilis dilidir.
2. Kənd təsərrüfatında iqtisadi kooperasiya.
Proqramın müddəti 2017-ci ilin noyabr-dekabr aylarıdır.
Proqramın dili rus dilidir.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:
- Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
- Menecment sahəsində azı 1 il iş təcrübəsi;
- Yaşı 45-dən çox olmamalı;
- İngilis və ya rus dillərini bilməli (Proqramın dilindən asılı olaraq).
Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:
1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);
2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).
İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.
2017-ci ilin fevral ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.
Namizədlər aşağıdakı formaları tələb olunan qaydada doldurmalı, elektron və kağız formada qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:
- Namizəd haqqında məlumat – ingilis dilində (Application form);
- Fərdi məlumatların qorunmasına dair ərizə - (Data protection declaration/Privacy statement );
- Vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış;
- 3x4 ölçüdə foto -2 ədəd.
Formaları Bakı Biznes Tədris Mərkəzinin saytının Xəbərlər və ya Elanlar bölmələrindən əldə etmək mümkündür: www.bbtc.gov.az.
Sənədlər 2017-ci il fevralın 20-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:
Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 4-cü mərtəbə, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Tədrisin təşkili və metodikası şöbəsi.
Əlaqələndirici şəxs: Məlahət Kazımova.
Tel: (012) 431-39-07, 430-93-22, E-mail: info@bbtc.gov.az
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi.