BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Elan - “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans

2017-ci ilin dekabr ayının 8-də saat 10.00-da Bakı Biznes Tədris Mərkəzinin iclas zalında (ünvan: Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə) “KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir.

Konfrans aşağıdakı panel iclaslarda davam etdiriləcəkdir:

1. KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinin metodoloji məsələləri;

2. KOS subyektləri üçün informasiya texnologiyalarının tədrisinin inkişaf istiqamətləri.

Maraqlananlar konfransda iştirak etmək üçün dəvət olunurlar.