BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Direktor

Fərruxov Akif Həmid oğlu

  

1962-ci ildə anadan olub.

  1984-cü ildə S.M.Kirov adına Azərbaycan   Dövlət  Universitetini bitirib.

  1984-1987-ci illərdə Bakı Məişət   Kondisionerləri zavodunda  usta köməkçisi,   usta, baş usta və mühəndis   vəzifələrində   çalışıb. 

  1987-1989-cu illərdə Azərbaycan SSR-nın   Mənzil-Kommunal   Təsərrüfatı Nazirliyinin   AİS- nin işlənməsi və tətbiqi üzrə    Elmi   Layihə-Konstruktor Laboratoriyasında   mühəndis vəzifəsində  işləyib.   

1989-1991-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı və Təşkili İnstitutunun əyani  aspiranturasında təhsil alıb.

1992-1993-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi, elmi işçi  vəzifələrində işləyib.

1993-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent, Təcrübə və işədüzəltmə şöbəsinin müdiri, Aspirantura şöbəsinin müdiri, Universitetin elmi-katibi vəzifələrində çalışıb.

2009-cu ilin noyabrın 3-dən  indiyədək  İqtisadiyyat  Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktorudur.

İqtisad elmləri namizədidir, 30-dan çox elmi və tədrisi-metodiki əsərin müəllifidir.

Ailəlidir, 3 övladı var.