BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Direktor müavini

Mürsəlov Rahim Sədyar oğlu

  1953-cü ildə anadan olub. 

  1976-ci ildə  Azərbaycan  Dövlət   Universitetinin “Mexanika- riyaziyyat”     fakultəsini  müvəffəqiyyətlə bitirib.

  1976-1982-ci illərdə Azərbaycan Respublikası   Milli  Elmlər Akademiyasında  elmi  işçi   kimi fəaliyyət  göstərib. Bu dövrdə   Azərbaycan  Respublikası Milli Elmlər   Akademiyasının   Riyaziyyat və  Mexanika   İnstitutunun  “Diferensial tənliklər” ixtisası   üzrə  aspiranturaya daxil  olub və  “Ştrum - Liuvil   tənliyi  üçün sərhəddə spektrial parametr olan dağılma nəzəriyyəsinin  tərs məsələsi” mövzusunda namizədlik  dissertasiyasını müdafiə  edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

1982-1990-cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində baş riyaziyyatçı-mühəndis vəzifəsində çalışıb.

1990-1994-cü illərdə isə Azərbaycan Texnologiyalar Universitetinin Riyaziyyat kafedrasında pedaqoji fəaliyyətini davam etdirib.

1994-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsi nəzdində İnformatika və İdarəetmə İnstitutunda əvvəlcə fakültə dekanı, sonra isə tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

2001-2007-cı illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı Elmi Tədris Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

2007-ci ildən indiyədək  İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktor müavinidir.

30-dan çox elmi məqalənin, iki dərs vəsaitinin (tələbə və aspirantlar üçün), iki metodik vəsaitin müəllifidir. Həmçinin, Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (İPMA) “B” səviyyəli sertifikatını alıb.

Ailəlidir, 2 övladı var.