BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

XƏBƏRLƏR

Gəncədə və Şəkidə seminarlar keçirilib

Tarix:23.05.2018

“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq 18 may–18 iyun tarixlərində ölkədə elan edilmş "İnsan hüquqları aylığı" çərçivəsində mayın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının və “Sahibkar Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gəncədə qadınlar, Şəkidə isə gənclər üçün seminarlar keçirilib

Ətraflı

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

Tarix:23.05.2018

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş treninqdə ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, marketinq araşdırmalarının aparılması sahəsində beynəlxalq təcrübə və s. barədə iştirakçılara ətraflı məlumat verilib

Ətraflı

Gənclər üçün treninqlər keçirilib

Tarix:18.05.2018

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Göyçayda və Gəncədə keçirilmiş treninqlər biznes ideyanın formalaşdırılması, heyətin idarə edilməsi, biznes fəaliyyətində İKT-dən istifadə mövzularını əhatə edib

Ətraflı

“İnsan resurslarının idarə edilməsi” mövzusunda treninq keçirilib

Tarix:18.05.2018

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən treninqdə iştirakçılara insan resurslarının planlaşdırılması və seçilməsi məsələləri, işçi heyətin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb

Ətraflı

Regional Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb

Tarix:08.05.2018

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının iri şirkətlərin sosial məsuliyyəti, eyni zamanda, kiçik biznes və ailə biznesinə dəstək göstərilməsi ilə bağlı tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir

Ətraflı
Səhifə 1 / 15