BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Gəncə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

İyunun 8-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı peşə liseyində gənclər üçün, iyunun 9-da isə Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.

"Biznes planların hazırlanması", "Üzümçülüyün inkişaf perspektivləri", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın formalaşması və reallaşdırılması, biznes planların tərtibi, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlıq və səmərəliliyin yüksəldilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.