BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Qazax və Şəkidə biznesə aid treninqlər keçirilib

Dekabrın 6-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda məcburi köçkün gənclər və yaşlılar üçün, Şəkidə isə gənclər üçün treninqlər keçirilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlər ekoloji təmiz kənd təsərrüfatı, kənd təsərrüfatında logistika, biznes planların tərtib edilməsi, əmək münasibətləri və s. mövzuları əhatə edib.

Tədbirlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.