BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Gəncədə və Qazaxda treninqlər keçirilib

Martın 2-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncədə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın formalaşdırılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, əmək bölgüsü, işçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi və s. barədə məlumat verilib.

Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.