BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Ağsuda sahibkarlar üçün treninq keçirilib

Aprelin 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Ağsuda sahibkarlar üçün treninq keçirilib. “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” və “Maliyyənin idarə edilməsi” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.