BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Şəkidə sahibkarlar üçün treninq keçirilib

Mayın 4-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar üçün regionda ənənəvi sahələrdən olan arıçılığın inkişaf perspektivləri və bu sahənin inkişafına dövlət dəstəyi, arıçılıq məhsullarının istehsalı və qablaşdırılması mövzuları üzrə treninq keçirilib.

Treninq çərçivəsində iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.