BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Regional Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının iri şirkətlərin sosial məsuliyyəti, eyni zamanda, kiçik biznes və ailə biznesinə dəstək göstərilməsi ilə bağlı tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri kimi İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış “Gazelli Group” MMC-nin Regional Təlim-Tədris Mərkəzində ödənişsiz təlim kursları təşkil edilib. Təlim kurslarında müxtəlif rayonlardan olan 35 gənc iştirak edir. “Gazelli Group” MMC-nin təcrübəli mütəxəssisləri tərəfindən keçirilən kursları bitirən iştirakçılara sertifikat veriləcək.