BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən treninqdə çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə ətraflı məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.