BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Qazaxda sahibkarlar üçün seminar keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən  seminarda iştirakçılara kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, biznesin inkişafında rəqəmsal texnologiyaların rolu və s. barədə ətraflı məlumat verilib. Bundan başqa, seminar iştirakçıları strateji yol xəritələrində nəzərdə tutulmuş və İqtisadiyyat Nazirliyi üzrə Bakı Biznes Tədris Mərkəzinin icraçı olduğu tədbirlərin icrası barədə məlumatlandırılıb.

Seminarda iştirakçılar həmçinin, Elektron Hökumət portalı (e-gov.az), İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.