BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə, Qazax, Göyçay, Şəki nümayəndəliklərinin, “Sahibkar  Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər, qadınlar və sahibkarlar üçün treninqlər keçirilib.

“Biznes ideyanı yarat”, “Öz biznesinə başla”, “Biznes planların hazırlanması”, “Marketinq”, “Menecment”, “Üzümçülüyün inkişaf perspektivləri”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Tütünçülüyün, baramaçılığın, ipəkçiliyin və arıçılığın inkişaf perspektivləri” mövzularını əhatə edən treninqlərdə marketinq araşdırmalarının aparılması və bu sahədə beynəlxalq təcrübə, insan resurslarının idarə edilməsi, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə, tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması, arıçılığın inkişafı və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.