BAKI BİZNES TƏDRİS MƏRKƏZİ

  • Azərbaycan Respublikasının
  • İqtisadiyyat Nazirliyi

Lənkəran və Şəkidə treninqlər keçirilib

Oktyabrın 3-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

Biznes planların hazırlanması, marketinq, arıçılığın inkişaf perspektivləri mövzularını əhatə edən treninqlərdə biznes ideyanın yaradılması və həyata keçirilməsi, biznes planın tərtib edilməsi, marketinq araşdırmalarının aparılması və bu sahədə beynəlxalq təcrübə, arıçılığın inkişafı və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Treninqlər çərçivəsində iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlandırlıb, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.